Dünya
Rusiya hərbçiləri Sevastopol hava limanını mühasirəyə alıb
Ukrayna daxili işlər naziri Arsen Avakov Sevastopol beynəlxalq hava limanında baş verənləri “silahlı müdaxilə və işğal” kimi qiymətləndirib.
Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, nazir bu barədə “facebook”dakı səhifəsində yazıb.
“Hava limanında baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bütün beynəlxalq müqavilələr və normalar pozulub. Bu suveren dövlətin ərazisində qan tökülməsi üçün törədilən birbaşa təxribatdır”, - A.Avakov bildirib. O, məsələnin artıq Daxili İşlər Nazrliyinin səlahiyyətində olmadığını, diplomatların danışmalı olduğunu bildirib.
A.Avakov Rusiyanı Krıma silahlı müdaxilədə ittiham edib. Nazir Sevastopol beynəlxalq hava limanının Rusiyanın Qara dəniz donanmasının hərbi bölmələri tərəfindən mühasirəyə alındığını qeyd edib.
Ömər Dağlı
-
Sosial21:00
Ölüb-dirilən adam Zaurun verilişinə gəldi - FOTO/VİDEO
-
İdman20:36
Mahir Emreli Azərbaycana qayıdır?
-
Magazin120:00
Xatirə dərin yarıqlı libasda poza verdi - FOTO
-
Sosial19:36
Fəlsəfə doktoru vəfat etdi - FOTO
-
Kriminal19:12
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - Hadisə yerindən VİDEO
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür