Ersin Tatar İlham Əliyevi təbrik etdi - FOTO
Bizi izləyin

Region

Ersin Tatar İlham Əliyevi təbrik etdi - FOTO

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 28 May – Müstəqqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

“Dost və qardaş Azərbaycan Respublikasının 28 May Müstəqillik Günü münasibətilə öz adımdan və Kipr Türk xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsi ilə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarını geri alması və builki Müstəqillik Gününü belə bir şən şəraitdə qeyd etməsinin sevincini və qürurunu ürəkdən bölüşürük.

Bu münasibətlə ilk olaraq 'Türk Dünyası bizim ailəmizdir. “Kipr türkləri də Böyük Türk Millətinin bir parçasıdır” deyərək KKTC-yə güclü dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayır, dost və qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”, – deyə Ersin Tatarın təbrik mesajında vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm