Dünya
“Son nasist” hakim qarşısına çıxır
“Son nasist” ləqəbli Oskar Gröning bu gün Almaniyanın Lüneburg şəhərində hakim qarşısına çıxacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, onun Polşadakı Osventsim nasist ölüm düşərgəsində çalışdığı
bildirilir.
Lakin 93 yaşlı Oscar Gröning “Heç kimi öldürmədim, orada mühasib
idim” deyərək özünü müdafiə edir. Onun işlədiyi Osventsim ölüm
düşərgəsində 1944-cü ilin may-iyul aylarında 425 min nəfər
öldürülüb. Gröning bildirir ki, onun vəzifəsi ölüm düşərgəsinə
gətirilən yəhudilərin qiymətli əşyaları, ləl-cəvahiratları və
pullarını yığmaq, onları Berlinə göndərmək olub. Mütəxəssislərə
görə, iyun ayında 94 yaşı tamam olacaq Gröningin mühakimə olunması
simvolik xarakter daşıyır.
Qeyd olunur ki, keçmiş zabitin 70 il əvvəl işlətdiyi cinayətlərə
görə aldığı cəzanı çəkməsi qeyri-mümkün olacaq. Buna onun sağlamlıq
vəziyyətinin imkan verməyəcəyi bildirilir. Lakin müharibə
cinayətlərini törədən nasistlərin məhkəmələr tərəfindən
cəzalandırılması əxlaqi və hüquqi bir öhdəlik hesab edilir.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri