Dünya
Patriarxdan üçüncü dünya müharibəsi anonsu
Kiyevin patriarxı Filaret Brüsseldə Avropa Parlamentinin xarici işlər və Ukrayna ilə əlaqələr üzrə komitələrin üzvləri ilə görüşündə ücüncü dünya müharibəsinin anonsunu verib.
Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, patriarx Avropa Birliyinin bunun qarşısını alacağına ümid etdiyini bildirib.
“Siz hesab etməyin ki, Ukraynanın şərqində baş verənlərin üçüncü dünya müharibəsinə çevrilə biləcəyini düşünmürük. Çevrilə bilər, əgər təcavüzkarı dayandırmasaq”, - o deyib.
Patriarx xatırladıb ki, Rusiya Krımın zəbti ilə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə zəmanət verən Budapeşt memorandumunu pozub: “Ancaq Rusiya bununla da kifayətlənmədi. Donbas hövzəsində döyüşçüləri silah və öz qoşunları ilə dəstəklədi. Putin bizim prezidentimiz Pyotr Poroşenkoya bildirib ki, o, bütün Ukraynanı fəth edə bilər. Və yalnız Ukraynanı deyil, həm də Estoniya, Latviya, Litva, Polşa və Rumıniyanı da”.
Patriarx həmçinin qeyd edib ki, Ukrayna xalqı Rusiya xalqı ilə müharibə istəmir, amma bütovlükdə Avropada müharibələrin qarşısının alınması üçün şərait yaratmaq lazımdır.
Ömər Dağlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi