Dünya
Kiyev Putinə qarşı sanksiyalar tətbiq edir
Ukrayna Ali Radası Milli Təhlükəsizlik və Müdafiə Şurasına əksəriyyəti rusiyalılar olmaqla 35 nəfərə qarşı sanksiya tətbiq etməyi məsləhət görüb.
Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın saytında yerləşdirilən qətnamədə deyilir.
Barəsində sanksiya tətbiq edilməsi təklif olunan şəxslər arasında Rusiya prezident Vladimir Putin də var. Ali Rada hesab edir ki, sözügedən şəxslər ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada qanunsuz saxlanmasına görə məsuliyyət daşıyırlar.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir.
Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərq bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. “Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistləri peşə borclarını yerinə yetirərkən həlak olub”, - istintaq materialında deyilir.
Ömər Dağlı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər