Qəzaya uğrayan təyyarədən yeni xəbər var
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarədən yeni xəbər var

İspaniyanın Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan hərbi təyyarə ilə bağlı yeni xəbər yayılıb.

ANS PRESS-in məlumatına görə, “A400M” hərbi yük təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulduğu məlum olub.

Türkiyə mətbuatının yazdığına görə, İspaniya baş naziri Mariano Raxoy bəyan edib ki, təyyarə İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb. Türkiyə tərəfi bu təyyarədən 10 ədəd sifariş verib. Hərbi təyyarə sınaq uçuşları zamanı qəzaya uğrayıb.

Təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb. Mariano Raxoy açıqlama vermişdi ki, ölənlər 8-10 nəfərdir.

Lakin son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm