İŞİD satdığı qadının qızlıq pərdəsini 20 dəfə əməliyyat etdirib
Bizi izləyin

Dünya

İŞİD satdığı qadının qızlıq pərdəsini 20 dəfə əməliyyat etdirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) cinsi zorakılıq üzrə xüsusi elçisi Zainab Bangura İŞİD terror təşkilatının zülmündən xilas olmağı bacaran qızlarla tək-tək görüşərək dəhşətli işgəncələrlə bağlı hesabat hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aralarında Türkiyənin də olduğu 5 ölkəni gəzən Bangura İŞİD-in kölə olaraq istifadə etdiyi qızların qan donduran həyat hekayələrini qələmə alıb.

BMT-nin xüsusi elçisi ilə danışan qızlar lüm-lüt soyundurularaq qul bazarlarında satıldıqlarını danışıb. Onlardan biri 20 İŞİD üzvü ilə evləndirildiyini və bunu üçün 20 dəfə qızlıq pərdəsinin əməliyyatla bərpa olunduğunu deyib. Qızlar onların satıldığı qul bazarlarında qiymətlərin 3 dollardan başlandığını söyləyib.

Zainab Banguranın gəzdiyi digər ölkələr Suriya, İraq, İordaniya və Livan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm