Namizəd seçicilərin qarşısında güllələndi
Bizi izləyin

Dünya

Namizəd seçicilərin qarşısında güllələndi

Meksikanın Yurekuaro (Miçoakan ştatı) şəhərinin mer seçkisində namizəd olan Enrike Ernandes güllələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Enrike Ernandes seçkiqabağı mitinqdə vurulub.

Özünümüdafiə yerli hərəkatının lideri olan namizəd seçicilər qarşısında çıxış edərkən silahlı qrupun hücumuna məruz qalıb. Ondan başqa daha üç nəfər güllə yarası alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Ernandes 2013-cü ildə özünümüdafiə dəstəsinə daxil olub. O, 2014-cü ilin mayında keçmiş bələdiyyə başçısının qətlində şübhəli bilinərək saxlanılsa da, üç ay sonra sübutlar kifayət etmədiyi üçün sərbəst buraxılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm