Dünya
Koalisiya Yəmənin bombardmanını bərpa etdi – SON DƏQİQƏ
Yəməndə humanitar yardımın çatdırılması üçün elan olunan 5 günlük atəşkəs razılaşmasının müddəti başa çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi ərəb koalisiyası husi qiyamçıları və keçmiş prezident Abdullah Salehin tərəfdarlarının mövqelərini bombalamağa başlayıb.
Yəmənin xarici işlər naziri Riad Yasin bildirib ki, ərəb dövlətlərinin koalisiyası yeni atəşkəs rejiminin tətbiqinə müsbət yanaşmayıblar. O, buna görə məsuliyyəti dünən atəşkəsi pozan husi qiyamçılarının üzərinə qoyub. Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi İsmail Vəlid Şeyx Əhməd atəşkəsin ən azı 5 gün uzadılmasını tələb etmişdi.
Riad Yasinin sözlərinə görə, yeni aviazərbələr humanitar yüklərin çatdırıldığı paytaxt aeroportu və dəniz limanlarına endirilməyəcək.
Ömər Dağlı
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto