Qaribaşvili İlham Əliyevə başsağlığı verdi
Bizi izləyin

Dünya

Qaribaşvili İlham Əliyevə başsağlığı verdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıdakı 19 may faciəsi ilə bağlı Azərbaycanın Prezidenti İlham Əliyev və Baş nazir Artur Rəsizadəyə başsağlığı məktubu göndərib.

Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, prezidentə ünvanlı məktubda deyilir: “Sonsuz ağrı hissi ilə Bakıdakı faciədən, yanğın nəticəsində çoxsaylı qurbanlardan, o cümlədən azyaşlı uşaqların ölümündən, onlarla insanın isə ağır xəsarət almasından xəbər tutdum. Bu kədərli anlarda Sizə, həlak olanların doğmaları və yaxınlarıma səmimi başsağlıqlarımı çatdırıram”.

“İcazə verin Gürcüstan hökuməti adından və öz adımdan faciə ilə bağlı təəssüfümü çatdırım və bu ağır dəqiqələrdə Sizə hisslərimi və həmrəyliyimi yetirim”, - deyə baş nazirin Rəsizadəyə ünvanlı məktubunda qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm