İncildə xəbər verilən “bəla” İsrailə yaxınlaşır - FOTO, VİDEO
Bizi izləyin

Dünya

İncildə xəbər verilən “bəla” İsrailə yaxınlaşır - FOTO, VİDEO

Çəyirtkə sürülərinin hücumuna məruz qalan Misir tarixi bəla ilə üz-üzə qalıb

Misirin şimalındakı Sina yarmadası çəyirtkələrin hücumuna məruz qalıb. Çəyirtkələrin İsrail və Qəzza sərhəddinə istiqamətləndiyi bildirilir. Fələstin hökuməti Kənd Təsərrüfatı Nazirliyi bitkilərin mühafizəsi şöbəsinin sədri Saleh Behit Misirlə sərhəddə olan çəyirtklərin hava şərtləri səbəbindən Səudiyyə Ərəbistanına gedəcəyini iddia edib. Gözlənilməz çəyirtkə hücumlarına qarşı hazırlıq gördüklərini deyən Behit bu məqsədlə dünyanın bir sıra QHT-ləri ilə əməkdaşlıq etdiklərini, təhlükəyə qarşı dərmanlama işləri apardıqlarını açıqlayıb.



Çəyirtkələrin intensiv hücumu İsraildə ajiotaj yaradıb. Belə ki, hadisənin müqəddəs İncildə xəbər verilən bəlalardan olması yəhudiləri qorxuya salıb. Çəyirtkələrin hücumu “yəhudilərin firovunun zülmündən qurtuluş günü”nü qeyd etdiyi “Pasxa” bayramının ertəsi günə təsadüf etməsi İsrail ictimaiyyətində bunun İlahi işarə olması barədə fikir yaradıb.



Qeyd edək ki, xüsusilə əkin ərazilərini təhdid edən çəyirtkə sürüləri hücumun baş verdiyi ölkənin iqtisadiyyatı üçün təhlükə mənbəyidir.



Xristian dininin müqəddəs kitabı İncildə bildirildiyinə görə, yəhudiləri sürgün edən Misirə Tanrı çəyirtkə hücumları ilə cəza verib. Çəyirtkə hücumlarının Misirə göndərilən 10 bəladan biri olduğuna inanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm