Vatikan: “Avropada xristianlıq məğlub oldu”
Bizi izləyin

Dünya

Vatikan: “Avropada xristianlıq məğlub oldu”

“İrlandiyada eynicinslilərin evlənməsinin leqallaşdırılması insanlığın məğlubiyyətidir”.

Axar.az xəbər verir ki, bu sözləri “Faynenşl Tayms” qəzetinə müsahibəsində Vatikanın Dövlət katibi kardinal Petro Parolin söyləyib.

Onun sözlərinə görə, kilsə məhz bunun üçün öz fəaliyyətini aktivləşdirməlidir:

“Mən bu refenrendumun nəticələrindən çox məyusam. Əslində, fikirləşirəm ki, biz artıq xristian prinsiplərinin, ümumiyyətlə, insanlığın məğlubiyyətindən danışmalıyıq”.

Qeyd edək ki, bir müddət öncə İrlandiyada keçirilən referendum nəticəsində əhalinin 67%-i eynicinslilərin evlənməsinin leqallaşdırılmasına razılıq verdiyini bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm