Dünya
“Sağ sektor” Leninin heykəlini yıxdı
Ukraynanın millətçi “Sağ sektor” təşkilatının üzvləri Slavyansk şəhərində keçmiş SSRİ-nin banisi Vladimir Leninin heykəlini dağıdıblar.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
"Slavyanskda “Sağ Sektor”un üzvləri səhər tezdən Leninin abidəsini sökdülər”, - Avakov qeyd edib.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ötən ayın
15-də sovet simvollarının qadağasına dair qanun imzalayıb. Ukrayna
Ali Radası bundan əvvəl, aprelin 9-da paytaxt Kiyevdə və digər
şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv
edilməsi ilə bağlı qanun layihəsini müzakirə edib. Kiyev şəhər
soveti Ukraynanın Müstəqillik günü olan avqustun 24-dək binalardan,
metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet
simvollarının yığışdırılmasına dair qərar qəbul edib.
2016-ci ilin 31 martına qədər sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.
Bütün bu qanunlar isə regionlarda insanları sovet simvollarını, həmçinin Leninin heykəllərini dağıtmağa həvəsləndirib.
Ömər Dağlı
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA