Dünya
Rusiya kommunistləri Sorosa qarşı “müharibə”yə başladılar
Rusiya kommunistləri amerikalı milyarder Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutunun (“Soros” Fondu) ölkədə “arzuolunmaz” təşkilat hesab olunması təklifi ilə çıxış ediblər.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyasının üzvləri Valeri Raşkin və Sergey Obuxov bununla bağlı Rusiya Baş prokurorluğuna müraciət edib.
“Anti-Rusiya fəaliyyəti olan “Soros” Fondu Rusiyada “arzuolunmaz” hesab edilməlidir. Fond Rusiyada ən dağıdıcı üsullara əl atacaq. Biz eyni vəziyyəti Ukrayna, Gürcüstanda və başqa ölkələrdə müşahidə edirik", - müraciətdə deyilir.
Kommunistlərin sözlərinə görə, “Soros” Fondu onilliklərlə Rusiyanın özündə, həm də başqa ölkələrdə anti-Rusiya fəaliyyəti ilə məşğuldur: “Sorosun özü nə Sovet İttifaqının dağılmasında, nə də Ukraynadakı “Narıncı inqilab” və Maydan hadisələrində rolunu gizlətmir.
Raşkin və Obuxov qeyd edib ki, “Soros” Fondunun Rusiya əleyhinə fəaliyyəti ən müxtəlif formalarda özünü göstərir: “Əgər Ukraynada bu tamamilə rusofobiya şəkilində açıq şəkildə özünün göstərirdisə, Rusiyanın özündə təşkilatın fəaliyyəti bilavasitə dağıdıcı hədəflərə malikdir”.
Xatırladaq ki, xarici və beynəlxalq qeyri-hökumət təşkilatların Rusiyada “arzuolunmaz” statusu almasını nəzərdə tutan qanun layihəsi dünən Dövlət Dumasına daxil olub. Qanun layihəsinə görə, Rusiyanın “milli təhlükəsizliyi”ni təhdid edən təşkilatlar “arzuolunmaz” hesab olunacaq. “Arzuolunmaz” təşkilatların siyahısı Rusiyanın Xarici İşlər Nazirliyi ilə razılaşdırılacaq. Bu siyahıya düşən təşkilatların pul və başqa vasitələrlə əməliyyatlar həyata keçirməsinə icazə verilməyəcək.
Xatırladaq ki, Türkiyənin “Takvim” qəzeti dünənki yazısında Sorosun Rusiyadakı fəaliyyəti ilə bağlı şok bir iddia ortaya atıb. Qəzetin köşə yazarı Ergün Diler adı çəkilməyən bir “sirli adam”a istinadən bildirib ki, fevral ayında öldürülən Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qətlinin arxasında Corc Soros dayanır.
“Nemtsov Sorosa yaxın iş adamlarından idi. Soros dostu Boris Nemtsovun ölümü ilə xalq qiyamı gözləyirdi, amma planı baş tutmadı”, - yazıda qeyd olunub.
Ömər Dağlı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ