Dünya
Putinin partiyası SSRİ-nin qərarlarının qanuniliyini yoxlamağı təklif edib
Rusiya Dövlət Dumasının deputatları Yevgeni Fyodorov və Anton Romanov Baltikyanı respublikalarının SSRİ-dən ayrılmasının qanuniliyini qiymətləndirməyi təklif ediblər.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin lideri olduğu “Vahid Rusiya” Partiyasından olan deputatlar Baltikyanı respublikaların müstəqilliyini tanıyan SSRİ Dövlət Şurasının qərarının qanunauyğunluğunun yoxlanılması xahişi ilə Baş prokurorluğa müraciət ediblər.
Parlament üzvlərinin fikrincə, SSRİ Dövlət Şurası öz qərarları ilə ölkənin müstəqilliyinə zərər vurub və vahid dövlətin bölünməsi mexanizmini yaradıb.
Müraciətin müəlliflər göstərirlər ki, Dövlət Şurası SSRİ-nin Konstitusiyasına lazımı dəyişikliklər edilmədən yaradıldığı üçün qeyri-konstitusiya dövlət hakimiyyəti orqanı idi. Qeyd edək ki, 1991-ci ilin sentyabrında Dövlət Şurasının birinci iclası keçirilib və ilk iclasda Estoniya, Litva və Latviyanın müstəqilliyini tanıyıb.
Deputatlar qeyd edirlər ki, bu qərarlarla strateji əhəmiyyətli ərazi SSRİ-dən zorla qopardılıb və ölkənin vahid müdafiə sahəsinin dağılmasını gətirib çıxarıb.
Ömər Dağlı
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO