Dünya
ABŞ yeni anti-türk dövləti yaradır – DƏHŞƏT SSENARİSİ
Suriyanın Tel-Abyad şəhərinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu) əlinə keçməsindən sonra diqqət Türkiyə ilə sərhəddə yerləşən Azez şəhərinə yönəlib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, narahatlıq doğuran əsas məqam daha 1 milyon suriyalının Türkiyəyə köçməyə cəhd etməsidir.
Suriya müxalifəti hesab edir ki, ABŞ-ın əsas hədəfi hava hücumları ilə Azezdə köç dalğasını başladaraq şəhəri boşaltmaqdır. Azezi müdafiə edən müxalifət gücləri bundan sonra şəhərin PYD-yə veriləcəyini bildirirlər.
Suriyada iki kanton bölgə arasında yerləşən strateji əhəmiyyətə sahib Tel-Abyadı bir güllə atmadan İŞİD-dən alan PYD planın ikinci mərhələsini tamamlamaq üçün Azad Suriya Ordusunun əlindəki Azez şəhərinə hücum edir. Şəhərin PYD-nin əlinə keçməsi ilə Suriyanın şimalındakı “Kürd dövləti”nin sərhədləri yekun hala gələcək və müxalifətin əlində olan 2 sərhəd qapısından biri itiriləcək.
PYD-nin 2014-cü ilin yanvar ayında elan etdiyi Cizire ilə Kobani kantonları Tel-Abyadın PYD-nin nəzarətinə keçməsi ilə birləşib. Afrin kantonu ilə Kobani və Cizire kantonları arasında yerləşən Azez şəhəri və Babüsselam sərhəd qapısı Suriya müxalifətinin əlindədir. Azezin ələ keçirilməsi ilə Suriyadakı kürd kantonlarının “ərazi bütövlüyü” tam təmin olunacaq.
Müxalif mənbələrə görə, İŞİD Tel-Abyadda olduğu kimi Azez şəhərini də PYD-ə vermək üçün Suriya hökumətindən alacaq. Müxalifətin versiyasına görə, şəhərə əvvəlcə İŞİD girəcək, daha sonra ABŞ-ın hava bombardmanları başlayacaq və yüz minlərlə insan Türkiyə sərhədinə hərəkət edəcək. Bildirilir ki, PYD-yə bağlı YPG gücləri ABŞ-ın hava güclərinin dəstəyi ilə Afrini nəzarət altına alacaq.
PYD hazırda Türkiyə sərhədində 6 sərhəd qapısına nəzarət edir: Meydani Ekbez, Kobani, Rasulayn, Tel-Abyad, Derbesye və Andivar. Suriyanın ən əhəmiyyətli kürd bölgələrindən biri olan Qamışlıdakı sərhəd qapısında hələ də 2 minə yaxın rejim əsgəri var.
Ömər Dağlı
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO







.jpg)























