Pentaqondan təcili siqnal: Polşa müdafiə nazirinin səfəri təxirə salındı
Bizi izləyin

Dünya

Pentaqondan təcili siqnal: Polşa müdafiə nazirinin səfəri təxirə salındı

Pentaqondan təcili siqnal: Polşa müdafiə nazirinin səfəri təxirə salındı

ABŞ tərəfinin “təcili xahişi” səbəbindən Polşanın müdafiə nazirinin Pentaqona planlaşdırılan səfəri təxirə salınıb.

Publika.az xəbər verir ki, Polşa Milli Müdafiə Nazirliyi müdafiə naziri Vladislav Kosinyak-Kamışın sentyabrın 23-də Pentaqonda keçirilməsi nəzərdə tutulan görüşünün başqa tarixə keçirildiyini açıqlayıb.

Nazirlik bildirib ki, görüş ləğv edilməyib və hazırda yeni tarix razılaşdırılır. Qeyd olunub ki, ABŞ tərəfdən daxil olan siqnallar və NATO ölkələrinin qərargah rəislərinin görüşündən sonra Alyans ölkələrinin təhlükəsizliyi ilə bağlı təcili olaraq yeni tədbirlərin görülməsi zərurəti yaranıb.

Lakin Polşa Müdafiə Nazirliyi söhbətin konkret hansı təhlükəsizlik tədbirlərindən getdiyini və buna nəyin səbəb olduğunu açıqlamayıb.

Bununla yanaşı, Polşanın müdafiə nazirinin müavinləri Maqdalena Sobkoviak-Çarnetskaya və Pavel Zalevski Vaşinqtona yollanırlar. Onlar amerikalı tərəfdaşlarla danışıqlar aparacaq və iki ölkə arasında əməkdaşlığa dair yeni sazişlərin hazırlanması üzərində işləyəcəklər.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm