Dünya
Bolqarıstanın ən xeyirxah və ən səxavətli sakini – FOTOLAR
Bolqarıstanda yaşayan 101 yaşlı xeyirxah qocanın gündəlik yaşam tərzi hər kəsin marağına və təəccübünə səbəb olub.
Publika.az xəbər verir ki, 1914-cü ilin iyulunda Bolqar krallığının Baylovo kəndində dünyaya gəlmiş Dmitrov Dobri ölkəsinin ən mərhəmətli və ən səxavətli vətəndaşı hesab olunur. Xeyirxahlığı haqda məlumatlar ölkə sərhədlərindən kənara çıxmış Dobri baba hər gün səhər piyada Baylovo kəndindən paytaxt Sofiyaya 10 kilometr məsafəni piyada gəzir. O, Aleksandr Nevski kilsəsinin divarları qarşısında dayanaraq ətrafından keçən insanlar üçün dualar edir. Dobri baba bununla kifayətlənməyərək yanından ötən uşaqların əllərini öpür, onlara saflıq və əmin-amanlıq arzulayır. Barəsində film çəkilmiş Dobri baba çoxları üçün yoxsul təsəvvürü bağışlasa da, jurnalist araşdırması zamanı məlum olub ki, bu xeyirxah qoca uşaq evinin fonduna xeyli pul köçürüb. Həmin pulların hesabına uşaq evi uzun müddətdir kommunal xərclərdən azad edilib.
Dobri baba haqqında film çəkən rejissor qocanın uşaqların əllərini öpüb onlara dua etməsi, habelə onu ələ salanlara təbəssüm bəxş etməsi səhnəsini gördükdə göz yaşlarını saxlaya bilmədiyini etiraf edib.
Qeyd edək ki, ölkəsinin ən mərhəmətli və səxavətli qocası haqqında bir sıra saytlarda məqalələr dərc olunub. Hal-hazırda kilsədə tək-tənha yaşayan bu qocanın dörd övladı var. Onlardan yalnız biri – Dobrinin Sofiyada yaşayan qızı tez-tez atasına baş çəkir. Lakin qoca, qızının ona təklif etdiyi bütün yardımlardan imtina edir.
Anar
-
Hadisə21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq