Dünya
Saakaşvili Kremlin yeni layihəsindən danışdı
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kremlin yeni layihəsi olan “Bessarabiya layihəsi”ndən danışıb.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, qubernator ICTV telekanalında “Söz azadlığı” proqramının efirində Bessarabiya kimi məşhur olan ərazinin sakinlərinin praktik olaraq yalnız Rusiyanın televiziya kanallarına baxdığını və bununla Kremlin planlarına imkan yaratdığını deyib.
Qeyd edək ki, Bessarabiya cənubi-şərqi Avropada tarixi ərazidir. Bessarabiyanın ərazisi hazırda Ukrayna və Moldovanın tərkibinə daxildir.
Mixail Saakaşvili qeyd edib ki, Rusiyanın “Bessarabiya layihəsi” üzərində işləməsindən şübhələnir: “Mənə bu haqda danışmaq ayıbdır ki, Ukrayna Bessarabiyası haqqında yaxın vaxtlara qədər Vladimir Putin Ukrayna hökümətindən daha çox düşünürdü. Kremldə Bessarabiya layihəsi var. Onlar layihəni həyata keçirməyə hazırlaşırlar. Nəsə etmək lazımdır… Bessarabiyada indi əhalinin çox hissəsi yalnız Rusiya kanallarına baxır”.
Qubernator vurğulayıb ki, Bessarabiya Ukraynadan Rumınıyaya, oradan isə Avropa Birliyinə gedən strateji yoldur. Saakaşvilinin fikrincə, Bessarabiya sakinləri Ukraynanı yalnız pis formada görürlər.
Ukraynanın Təhlükəsizlik Xidməti iyunun 17-də öz saytında bildirib ki, Odessa vilayətində “Bessarabiya Xalq Şurası” adlı separatçı hərəkatın yayılması cəhdinin qarşısını alıblar. Hərəkatın Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən təhrik edildiyi iddia olunur.
Ukrayna Təhlükəsizlik Xidmətinin araşdırmasının gedişatında bir neçə nəfər saxlanılıb və onlardan “Bessarabiya Xalq Respublikası”nın “konstitusiyası”nın mətnləri götürülüb. Məlumatına görə, saxlanılanlardan Rusiya ərazisindəki koordinatorlarla yazışmaları aşkarlanıb.
Ömər Dağlı
-
Rəsmi xronika17:25İlham Əliyev sərəncam imzaladı
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
















.jpg)
.jpg)













.png)





