Dünya
Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
Yunanıstan mediasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərblə yaxınlaşması və bu prosesdə Yunanıstanın mövqeyi ilə bağlı diqqətçəkən analiz dərc olunub.
Publika.az xəbər verir ki, bu barədə “Ta Nea” qəzeti məqalə dərc edib.
Bildirilib ki, Türkiyənin artan regional rolun artıq yalnız proqnoz deyil, reallıqdır. Analizdə Ankaranın Qərbin sabitliyində mühüm aktor kimi önə çıxdığı qeyd edilib.
Nəşrə görə, Yunanıstan Türkiyə kimi danışıqlarda bərabərhüquqlu tərəf ola bilmir və Qərb-Yunanıstan-Türkiyə üçbucağında formalaşan danışıqlar çərçivəsindən kənarda qalır.
Bildirilib ki, Ərdoğan Yunanıstanla deyil, ABŞ və bəzi Avropa İttifaqı ölkələri ilə danışıqlar aparır və Afinanı bərabər tərəf kimi qəbul etmir.
“Qərbdə oyunçu ilə oyunçu olmayan tərəf arasındakı fərq burada açıq görünür: ikinci tərəfə nə etməli olduğu deyilir, birincidən isə “Sizcə, biz nə etməliyik?” deyə soruşulur”, - analizdə vurğulanıb.
Həmçinin qeyd edilib ki, Türkiyənin İran münaqişəsində qəbul edilən vasitəçi mövqeyi Ankaraya Qərbdə artan nüfuzunu daha da gücləndirmək və təsir imkanlarını artırmaq üçün əlavə rıçaq verə bilər.
Müəllif: Roza
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq











.jpg)

.jpg)
















