Dünya
İŞİD 39 nəfəri öldürdüyünü açıqladı: “Xaç ittifaqına qarşı...”
Tunisin Sus şəhərində “Imperial Marhaba hotel” mehmanxanasına edilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdən birində təşkilata yaxın hesabda bildirilib.
“Tunisin Sus şəhərində xaç ittifaqına qarşı onlarla adamın öldüyü və yaralandığı hücum təşkil edilib”, - özünü “xilafət əsgəri” adlandıran Əbu Yəhya əl-Kayravani yazıb.
Öz şəklini də paylaşan Kayravani hücumda məqsədinə nail olduqlarını deyib.
Cimərlikdə yerləşən mehmanxanaya hücum zamanı 39 nəfər ölüb, daha 39-u yaralanıb. Tunis Daxili İşlər Nazirliyi də hücumu təşkil edən şəxsin Kayravan şəhərindən tunisli bir tələbə olduğunu açıqlayıb. Ölənlərin arasında Tunis, Almaniya, İngiltərə və Belçika vətəndaşları var.
Qeyd edək ki, bu, ilin əvvəlindən Tunisdə həyata keçirilən ikinci genişmiqyaslı terror aktıdır. Martın 18-də Tunis parlamentinin binasına yaxınlaşan hərbi formalı döyüşçülər nizamsız şəkildə atəş açmağa başlayıb. Daha sonra yaxınlıqdakı muzeyə daxil olan döyüşçülər ziyarətçiləri girov götürüblər. Hücumda əksəriyyəti turist olmaqla 23 nəfər həlak olub, 47 nəfər yaralanıb. İŞİD həmin hücuma görə də məsuliyyəti üzərinə götürmüşdü.
Ömər Dağlı
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı