Dünya
Son üç gün: dünyanın gözü Vyanada
Bu gün Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə son danışıqlar başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Palais Coburg” otelində keçirilən danışıqlara Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa ilə Almaniyanın təmsil olunduğu “5+1” qrupu və iranlı diplomatlar qatılıb.
İranın nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Cavad Zərif müzakirələrdə müsbət nəticənin əldə olunacağına ümid etdiyini bildirib. “Zaman əhəmiyyətli deyil, yaxşı bir razılaşma əldə etmək əhəmiyyətlidir. Əgər qarşı tərəf bütün sanksiyaları ləğv edərsə və əlavə tələblərindən imtina edərsə, hər kəsin faydalana biləcəyi bir razılaşma mümkündür”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.
ABŞ-ın dövlət katibi Con Kerri isə razılaşmanın əldə olunacağına ümid etdiyini, ancaq çətin mövzuların qaldığını söyləyib.
İran xarici işlər nazirinin köməkçisi Abbas Arakçi müzakirələrin bir neçə gün uzana biləcəyini bildirib.
Xatırladaq ki, tərəflər aprelin 2-də İsveçrənin Lozanna şəhərində 30 iyun tarixinə qədər sanksiyaların ləğvi və İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan yekun razılaşmanın hazırlanması barədə razılığa gəliblər.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ