Dünya
Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi
Vatikan 2012-c ildən müstəqilliyini tanıdığı Fələstin dövləti ilə özünün ilk müqaviləsini imzalayıb.
Publika.az xəbər verir ki, İsrail bu razılaşmanı «tələsik addım» kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə hesab edib. İsrail bunun Vatikanla diplomatik münasibətlərə də təsirsiz ötüşməyəcəyini qeyd edib.
Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqda müqavilə həm də Papa Francisin rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.
İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Paul Gallagher deyib ki, o, bu sazişin uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul ola biləcəyinə ümid edir. O, tərəfləri öz aralarında birbaşa sülh danışıqlarına dəvət edib.
«Bu, əlbəttə cəsarətli qərar tələb edir, amma bu həm də regionda sabitliyə və sülhə böyük töhfə olardı», - o deyib.
Fələstinin xarici işlər naziri Riad Al-Malikinin söylədiyinə görə, bu, Fələstin xalqının öz müqəddəratını təyin etmə, öz müstəqil dövlətində azadlıq və ləyaqət haqqının tanınmasına yardımçı olacaq.
Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər Fələstin, Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla, 100 minədək roma, yunan-melkit ayinli katolik var.
Paul Gallagher deyib ki , bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO