Dünya
İŞİD Yəməndə hospitalı partlatdı: 28 ölü
Yəmənin paytaxtı Sanada qızlar məktəbinın yaxınlığında yerləşən hərbi hospitalda partlayış törədilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” kanalı bildirib.
Məlumata görə, partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb. Onlardan səkkizi qadındır.
Terror aktına görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. İddiaya görə, terror aktının hədəfində “Ənsarullah” şiə hərəkatının iki səhra komandiri - Feysal və Hamid Qayaş qardaşları olub.
Qardaşların evinin hospitalla yanaşı olduğu deyilir. Terror aktı baş verən vaxt evdə “Ənsarullah” hərəkatının onlarla üzvü, həmçinin hərəkatın rəhbərliyindən bir neçə şəxsin olduğu deyilir. Məlumata görə, onlar silahdaşlarından birinin yas mərasimi üçün toplaşmışdı. Xəbərə görə, həlak olanlardan iyirmisi Qayaş qardaşlarının evinə yas mərasiminə gələnlərdir.
Ömər Dağlı
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq