Ekologiya
Sabahın HAVASI: çiskinli, buludlu, küləkli
Bakı və Abşeron yarımadasında dekabrın 28-də gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 28-30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?