Ekologiya
Azərbaycana son 40 ilin ən soyuq qışı gəlir? - AÇIQLAMA
AMEA Coğrafiya İnstitununun şöbə müdiri Ənvər Əliyev bu il Azərbaycanda qışın çox sərt keçəcəyi proqnozu ilə çıxış edib. O, hesab edir ki, bu, son 30-40 ilin ən soyuq qışı ola bilər.
Publika.az xəbər verir ki, Teleqraf.com-a açıqlamasında Ənvər Əliyev deyib ki, bu qənaətə gəlməyinə bir neçə səbəb var:
“Köhnə iqlim göstəriciləri bizə onu deməyə əsas verir ki, bu qış sərt keçəcək. Azərbaycan ərazisində qışın çalarları məlumdur. Hələ ötən əsrin 70-ci illərinə qədər ölkəmizdə qış daha sərt keçirdi. 40-50 ildən bir belə sərt qış təkrarlanır.
Çoxillik göstəricilərə baxanda, məsələn, Xəzər dənizinin proqnozları da bunu deməyə əsas verir. Xəzərin 200 milyon yaşının 50-60 milyonunda dəniz formalaşıb. Dənizdə qalxma-enmələr daim təkrarlanıb. Yəni suyun səviyyəsi müəyyən illərdə qalxıb, müəyyən illərdə enib. Bəzən müəyyən hissəsi quruyub zolaq əmələ gətirib.
Siviliziyasının yaddaşında son iki əsrdə aparılan tədqiqatların nəticələri mənim dediklərimi təsdiqləyir.
Bu ilin noyabr ayından yüksəkliklərə qar yağıb. Naxçıvana keçən il 40 faiz artıq yağıntı düşüb. Azərbaycan ərazisindəki çaylardakı daşqınlar onu göstərir ki, bu hadisələr baş veribmiş, indi də təkrarlanır. Qış sərt keçəndə Xəzərdə də suyun səviyyəsi artacaq”.
Coğrafiyaşünasın səsləndirdiyi fikirlərə cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlamasında bildirib ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır:
"Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur”.
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər





















.jpg)
















