Bütöv Azərbaycanın HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzisinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Federasiyası yazıçılar ittifaqının üzvü, şair tərcüməçi Fəxrəddin Oruc Qəribsəs Dərbəddə hazırkı ab-havadan xəbər verir:

Burada ulu Dədə Qorqudun məzarı, Tuti bikə məqbərəsi, Qumri məzarı, Qırxlar qəbirləri və sairə müqəddəs yerlər yerləşdiyini vurğulayan F.Oruc şəhərin 120 minlik əhalisindən yarısının azərbaycanlı olduğunu deyir:

“Bu gün müəssisələr iflic vəziyyətdə olduğundan xalq bazarlara axışıb. Bəzi dərbəndlilər iş dalınca Krasnodar vilayətinə üz tutur. Məktəblərdə Azərbaycan dili müəllimləri, dərslikləri çatışmır. Azərbaycan hökuməti azərbaycanlılara kömək məqsədi ilə Dərbənddə tikilməli teatra 5 min manat ayırıb. Lakin iş getmir. Teatr isə yarımçıq qalmış binada işləyir. Azərbaycanlıların yaşadığı mahallarda yay çağları su çatışmazlığı duyulur. Dərbənd icrasında azərbaycanlılar azlıq təşkil edir. Dərbəndin Azərbaycanla bağlılığı tarixidir. Nizaminin, Xaqaninin, Tufarqanlının, A. Əlizadənin, M. Qasımlının, Zelimxan Yaqubun Dərbəndə həsr etdiyi şerləri vardır. Əhali güzəranının dalınca evini tərk edib başqa regionlara gedir. Bağçılıq, tərəvəzçilik müflis haldadır. Üzümçülük yeganə sahədir ki, onunla Dərbəndin azərbaycanlılar yaşayan kəndlərində məşğul olurlar. Bu günlərdə Dağıstanda əlamətdar hadisə baş verib. Dağıstan respublikası yarandığı gündən respublika səviyyəsində azərbaycanlıların ədəbiyyatı nəzərə alınmırdı. Lakin birdən dörd azərbaycanlı yazarın Rusiya yazıçılar birliyinə daxil olması imkan verir ki, bu xalq Yazıçılar İttifaqı nəzdində Azərbaycan yazarlar bölməsi açsın. Ümumiyyətlə şəhər abadlıq işləri içindədir”.

Dərbənd: gecə: gündüz:

22 aprel: + 9 + 12

23 aprel: + 8 + 14

24 aprel: + 12 + 16

25 aprel: + 9 + 12

26 aprel: + 9 + 12

27 aprel: + 9 + 14

28 aprel: + 9 +14

Cənubi Azərbaycan

Təbriz: gecə: gündüz:

22 aprel: + 9 + 25

23 aprel: + 10 + 24

24 aprel: + 10 + 21

25 aprel: + 7 + 19

26 aprel: + 5 + 12

27 aprel: + 2 + 16

28 aprel: + 5 + 22

Ərdəbil: gecə: gündüz:

22 aprel: + 8 + 26

23 aprel: + 6 + 25

24 aprel: + 5 + 22

25 aprel: + 3 + 11

26 aprel: + 1 + 4

27 aprel: - 2 + 7

28 aprel: + 1 + 9

Zəncan: gecə: gündüz:

22 aprel: + 7 + 25

23 aprel: + 10 + 25

24 aprel: + 10 + 20

25 aprel: + 6 + 19

26 aprel: + 3 + 10

27 aprel: + 2 + 12

28 aprel: + 4 + 18

Xoy: gecə: gündüz:

22 aprel: + 16 + 28

23 aprel: + 13 + 26

24 aprel: + 13 + 25

25 aprel: + 8 + 19

26 aprel: + 7 + 14

27 aprel: + 3 + 17

28 aprel: + 7 + 21

Həmədan: gecə: gündüz:

22 aprel: + 5 + 25

23 aprel: + 12 + 25

24 aprel: + 12 + 20

25 aprel: + 9 + 21

26 aprel: + 9 + 21

27 aprel: + 5 + 19

28 aprel: + 8 + 20

Urmiya: gecə: gündüz:

22 aprel: + 10 + 26

23 aprel: + 10 + 23

24 aprel: + 12 + 22

25 aprel: + 7 + 18

26 aprel: + 7 + 13

27 aprel: + 5 + 15

28 aprel: + 6 + 19

Qərbi Azərbaycan

Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində anadan olan əməkdar elm xadimi, professor Süleyman Məmmədov ömrünün 85-ci baharında uşaqlıq, gənclik illərini xatırlayır. Ömrünün ən xoşbəxt günlərinin keçdiyi torpaqların yazda çox gözəl olduğunu deyir:

“Bizim iqlim Naxçıvanda olduğu kimi qışı soyuq, yayı çox isti keçər. Ancaq yaz aylarında hava çox gözəl olurdu. Bu ayda əkib-biçin başlanırdı. Xüsusən də, gənclər üçün bu aylarda kənd həyatı daha maraqlı olurdu. 1947-ci ilə qədər orada yaşamışam.Sonrakı illərdə isə mütəmadi gedib-gəlmişəm. Bu aylarda kəndimizdə hər tərəf yaşıl olurdu. Suyundan doymaq olmayan bulaqlarımız qaynayıb daşırdı. O torpaqlarda yeməklərin dadı da bir başqa idi. Anamın orada bişirdiyi toyuğun dadını bu yaşıma qədər heç bir yerdə hiss etməmişəm”.

İrəvan : gecə: gündüz:

22 aprel: + 9 + 26

23 aprel: + 11 + 25

24 aprel: + 10 + 18

25 aprel: + 5 + 16

26 aprel: + 2 + 15

27 aprel: + 4 + 16

28 aprel: + 6 + 19

Dərələyəz : gecə: gündüz:

22 aprel: + 8 + 22

23 aprel: + 9 + 22

24 aprel: + 8 + 15

25 aprel: + 6 + 15

26 aprel: + 5 + 12

27 aprel: + 3 + 16

28 aprel: + 3 + 19

Göyçə : gecə: gündüz:

22 aprel: + 7 + 15

23 aprel: + 4 + 13

24 aprel: + 1 + 8

25 aprel: - 2 + 3

26 aprel: - 3 + 4

27 aprel: - 2 + 7

28 aprel: - 1 + 7

Ağbaba : gecə: gündüz:

22 aprel: + 7 + 17

23 aprel: + 5 + 20

24 aprel: + 4 + 14

25 aprel: - 1 + 10

26 aprel: - 4 + 10

27 aprel: 0 + 14

28 aprel: + 2 + 16

Gülzar nənə kimi tanıdığımız yazıçı Gülzar İbrahimova uşaqlıqdan Bakıda yaşasa da, hər ildə bir neçə ayı Zəngəzurda keçirdiyini deyir:

“Atam, anamın ailəsi orada yaşayırdı. Biz Bakıda yaşasaq da, hər zaman Zəngəzurla əlaqəmiz olub. Yoldaşımdan Zəngəzurdandır, ailə qurandan sonra bir müddət də orada yaşamışam.Bu aylarda bizim o yerlərdə havadan ancaq gül qoxusu gəlirdi. Çünki bütün dağda, çəməndə bir-birindən gözəl çiçəklər açırdı. Zəngəzurun füsünkar təbiəti var idi, bu insanlarına da təsir etmişdi. Zəngəzurla bağlı yalnız xoş xatirələrim var. Qış vaxtı cavanlar hamısı yığılıb dağlara gedirdi. Təkcə yay yox, qışın da dadı bir başqa idi. Uşaq vaxtı yaylağa getməyi çox sevirdim”.

Zəngəzur : gecə: gündüz:

22 aprel: + 7 + 19

23 aprel: + 8 + 20

24 aprel: + 6 + 14

25 aprel: + 4 + 10

26 aprel: 0 + 5

27 aprel: 0 + 10

28 aprel: + 1 + 13

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov deyir ki, bu ayda Borçalıda hava mülayim keçir.

“Havaların mülayim keçməyi əhalinin kənd təsərrüfatı ilə məşğuliyyətinə təsir edir. Hazırda Borçalının Bolinisi, Qardabani, Marneuli kimi rayonlarda insanlar kənd təsərrüfatı ilə məşğuldur. Bəzən aprelin axır günlərində qar yağması müşahidə edilib. Bu da ağacların çiçək vaxtına təsadüf etdiyindən məhsuldarlığa mənfi təsir edir. Amma adətən mülayim iqlim bölgəsi olduğundan burada havalar tez isinir. Bu ayda artıq pomidor əkinə başlanılır, may ayının ilk ongünlüyündə məhsul toplanır. Əvvəl məhsul daha çox Rusiyaya satılırdı. İndi Gürcüstanla Rusiya arasında viza rejimi olduğundan məsələ bir az çətinləşib. Ona görə də təsərrüfat sahibləri çətinlik yaşayır. Dumanisi rayonunun dağ çaylarında dünyanın ən dadlı farel balığı olur, bu ayda onun ovlanması mövsümidir. Təpətey (İndiki Debeda çayı) çayda xramül adlı balıq yaşayır ki, onun dadı dünyanın heç bir yerində yoxdur. Aprel ayının 15-dən sonra Borçalıda qızlara nişan aparılar. Bu ayda nişanlanan cütlüyün mütləq sentyabr ayında toyu olar. Bu adətin 500 ildən çox yaşı var”.

Borçalı : gecə: gündüz:

22 aprel: + 9 + 17

23 aprel: + 7 + 16

24 aprel: + 8 + 19

25 aprel: + 6 + 15

26 aprel: + 3 + 15

27 aprel: + 6 + 16

28 aprel: + 5 + 19

Qarabağ

Xanəndə Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşir Şuşada anadan olmasa da, Şuşa ilə bağlı xeyli maraqlı xatirələri olduğunu deyir:

“Sovet hakimiyyəti qurulanda atamgil xan nəslindən olduqlarından onları deportasiya ediblər. Babamın Şuşa ətrafında 3 kəndi, şəhərin mərkəzindəki meydanda yanaşı iki beşmərtəbəli binanın yerində böyük mülkləri var idi. Hətta babamın hər hansı yerdə işləməsinə qadağa qoyulub, yaxın qohumlarımız repressiya edilmişdi.Atamgil bir müddət Ağdamda, 1937-ci ildən sonra Bakıya köçərək burada yaşayıb. Lakin 1960-cı illərdə atam dahi Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun evini satın almışdı. Həmin ev Üzeyir bəyin ev muzeyi ilə yanaşı idi, arada bir balaca hasar var idi. Atam Şuşanı çox sevdiyindən biz hər il may ayından sentyabra qədər o evdə yaşayırdıq. Şuşanın büllür bulaqları, təmiz havası, suyu sanki Xanın səsinə,xasiyyətinə hopmuşdu. Yadımdan həyətimizdə böyük bir tut ağacı var idi, onun başında oturub mütaliə etməyi çox sevirdim. Üzeyr bəyin ev muzayinə gələn turistlər bizim də həyətimizə baş çəkərdilər. Xanla şəkil çəkdirərdilər”.

B.Cavanşir deyir ki, Şuşada hava o qədər təmiz idi, sanki insanın qanadı olsa uçardı.

“Həmişə hava sərin olurdu. Tez-tez yağış yağış yağardı, yağışda islanmaqdan zövq alırdım. Yağışdan sonra gül-çiçəklərin əsrarəngiz qoxusu ətrafı bürüyərdi. Həyətimizdə bir bulaq var idi ki, onun suyu bir dəqiqəyə hər şeyi dondurardı”.

Qarabağ : gecə: gündüz:

22 aprel: + 10 + 21

23 aprel: + 15 + 25

24 aprel: + 16 + 24

25 aprel: + 14 + 17

26 aprel: + 10 + 14

27 aprel: + 8 + 19

28 aprel: + 10 + 21

Naxçıvan : gecə: gündüz:

22 aprel: + 9 + 28

23 aprel: + 13 + 28

24 aprel: + 12 + 19

25 aprel: + 8 + 18

26 aprel: + 6 + 13

27 aprel: + 4 + 17

28 aprel: + 6 + 21

Bakı : gecə: gündüz:

22 aprel: + 10 + 14

23 aprel: + 8 + 15

24 aprel: + 12 + 16

25 aprel: + 10 + 16

26 aprel: + 9 + 13

27 aprel: + 7 + 16

28 aprel: + 10 + 15

Oxumağa davam et
Reklam
Reklam

Gündəm