FHN: Qəbələdə həyətyanı sahələr yağış sularından təmizləndi
Bizi izləyin

Ekologiya

FHN: Qəbələdə həyətyanı sahələr yağış sularından təmizləndi

Ərazilərdə su çəkmə işləri aparılıb.

Qəbələnin Hacıalılı kəndində həyətyanı sahələr yağış sularından təmizlənib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Hacıalılı kəndində yağış sularının həyətyanı sahələrə dolması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən su basan ərazilərdə su çəkmə işləri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm