Kürdə çirkab və biogen maddələr normadan çoxdur
Bizi izləyin

Ekologiya

Kürdə çirkab və biogen maddələr normadan çoxdur

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.7, Ağstafaçayda 3.3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1.6, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.21-8.24 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

May ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 11 m3/san artaraq 523 m3/san təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm