Ekologiya
Sabahın hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 24-də gözlənilən hava şəraitini açıqlayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir
ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış
yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti,
Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55%
olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28°
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir.
Lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək
çaxacağı, yağış yağacağı gözlənilir, intensiv olacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə
15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO