Ekologiya
Böyük Qafqazda tektonik gərginlik maksimal qiymətə çatıb - İNSİTUT
Azərbaycanın bir sıra bölgələrində tektonik hərəkətlərin kinematik parametrləri öyrənilib.
Publika.az xəbər verir ki, bununla bağlı AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Böyük Qafqazın Cənub-Şərq hissəsi və onun ətraf regionlarında tektonik hərəkətlərin kinematik parametrləri (yeni paleomaqnit məlumatlar əsasında)” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarında məlumat verilib.
İnstitutun Geomaqnetizm şöbəsinin geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Təhminə Qarayeva bildirib ki, Böyük Qafqazın cənub-şərq yamacında yerləşən Lahıc, Vəndam və Sumaqalı kəsilişləri, eləcə də Acınohur çökəkliyindən – Xocaşen, Xudbarekdağ və Böyük Dəhnə, həmçinin Orta Kür çökəkliyinin üst hissəsindən – Göyçay, Türyançay və Girzan, o cümlədən Abşeron yarımadasından – Korgöz, Qaraquş və Qurd qapısı kəsilişlərindən nümunələr götürülüb və paleomaqnit tədqiqatları aparılıb: "Bu kəsilişlərdə blokların hərəkətlərinin kinematik parametrləri - saat əqrəbi və əksi istiqamətində dönmələr, horizontal hərəkətlər, ayrı-ayrı blokların paleotektonik nöqteyi- nəzərdən yenidən qurulması öyrənilib".
T.Qarayeva paleomaqnit tədqiqatların nəticələrinə əsasən, blokların şərqdən qərbə doğru horizontal hərəkətlərinin sürətinin artdığını diqqətə çatdırıb. O, bu hərəkətlərin Böyük Qafqaza məxsus gərginliyin maksimal qiyməti və geodinamik aktivliklə əlaqədar olduğunu vurğulayıb.
Alim paleomaqnit məlumatlar əsasında öyrənilən ərazinin bloklarının quruluşunun təsdiqləndiyini bildirib: "Ayrı-ayrı blokların horizontal hərəkətlərinin sürəti müxtəlifdir və bu da onunla izah olunur ki, yer qabığının ayrı-ayrı hissələrinin toqquşması dağ massivlərinin kənarlarının əhəmiyyətli dərəcədə deformasiyasına gətirir".
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO