Bayıl yamacında araşdırmaların istiqaməti dəyişir
Bizi izləyin

Ekologiya

Bayıl yamacında araşdırmaların istiqaməti dəyişir

Fevralın 5-dən Bayıl yamacında topoqrafik reperlər quraşdırılacaq.

Bu barədə Publika.az-a Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, artıq yeni geoloji tədqiqat işləri ilə bağlı texniki məsələlər həll olunub:

“Ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində bir necə yerdə quraşdırılacaq reperlər vasitəsilə ərazidəki kiçik tərpənişləri belə qeydə almaq mümkün olacaq. Həmçinin evlərdə də mayaklar quraşdırılacaq. Geoloji araşdırmalar aparılacaq”.

Ə.Qaralov hazırda Bayıl yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir, ciddi aktivləşmə qeydə alınmadığını deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm