Bakının bu rayonlarının sakinləri cərimələndi
Bizi izləyin

Ekologiya

Bakının bu rayonlarının sakinləri cərimələndi

Bakının 2 rayonunda ağacları qanunsuz kəsənlər cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, faktlar reyd zamanı aşkarlanıb.

Reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Eyni zamanda, Suraxanı rayonu, A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm