Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ölkə ərazisində anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Anomal isti hava şəraiti iyulun 04-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm