Ekologiya
Hava KƏSKİN DƏYİŞİR: yağış, dolu yağacaq, DAŞQIN OLACAQ
İyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.
Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında iyulun 7-də hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 759 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
İyulun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmağınızı məsləhət görmürük.
Bölgələrdə də sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.İyulun 7-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”