Ekologiya
Dünya fevralın 15-dən bu günü gözləyirdi - BAŞLADI
Bu gün nadir təbii hadisə baş verəcək.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Ay Yer kürəsi ilə astronomik ölçülər üzrə 357 min 430 kilometrə qədər yaxınlaşacaq və qısa müddətdə Günəşin bir hissəsini örtəcək.
“Bu tamamilə kiçik, yalnız cənub yarımkürəsində görünən kiçik tutulma olacaq”, - Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun böyük elmi işçisi Oleq Uqolnikov bildirib.
Təbiət hadisəsi bu gün saat 05:48-də qeydə alınıb. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də olacaq. Tutulma Hind okeanının cənub-qərb hissəsində günəşin doğması zamanı başlanacaq və Yeni Zelandiya və Antarktida arasında bitəcək.
Tutulmanı ən yaxşı Antarktidada izləmək mümkün olacaq. Təbiət hadisəsinin pik anında Ay Günəş diskinin üçdə birindən çoxunu örtəcək.
Qeyd edək ki, bu 2018-ci ildə Günəşin ikinci tutulması olacaq. Bu il birinci tutulma fevralın 15-də qeydə alınıb, üçüncü analoji təbiət hadisəsi isə avqustun 11-də baş verəcək.
Ömər
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
-
MDB10:24
Kerç körpüsünü partladanlar beynəlxalq axtarışa verildi
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər