Ekologiya
Nazirlik ağac kəsilməsi xəbərini araşdırdı, məlum oldu ki...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Şərifzadə küçəsi 168A ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində "Qismət-M Construction" MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil dayanacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.
Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan "məcburi göstəriş" verilib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?