Ekologiya
Bayrama qədər Bakıya qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI
Hazırda paytaxtda müşahidə edilən intensiv yağış sabahdan kəsiləcək.
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yaxın günlərdə paytaxtda yağmursuz hava müşahidə ediləcək:
“Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında da intensiv yağış qeydə alınır. Belə hava şəraiti respublika ərazisində gecə və səhər saatlarında müşahidə ediləcək. Paytaxtda isə sabah səhər saatlarında yağışın intensivliyi azalacaq, ikinci yarısında isə tədricən kəsiləcək. Ondan sonrakı 2-3 gün ərzində paytaxtda yağıntı ehtimal azdır. İlkin proqnozlara görə dekabrın 28-nə kimi, həmin gün də daxil olmaqla qarlı proses müşahidə edilməyəcək. Havanın temperaturu dekabr ayı üçün iqlim normasında tərəddüd edəcək, maksimal temperatur 5-10 dərəcə intervalda dəyişəcək. Yəni, yaxın bir həftə ərzində Bakıda və Abşeron yarımadasında qarın müşahidə edilməsi üçün sinoptik şərait yoxdur”.
U.Tağıyeva daha uzun müddət üçün proqnoz verməyin düzgün olmadığını bildirib.
Gülxar
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO