Bakıda ağac kəsən şəxs cəzalandırıldı
Bizi izləyin

Ekologiya

Bakıda ağac kəsən şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15300 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm