Planetimiz üçün böyük TƏHLÜKƏ - Kökü kəsilir...
Bizi izləyin

Ekologiya

Planetimiz üçün böyük TƏHLÜKƏ - Kökü kəsilir...

Qərbi Afrika, Efiopiya, Tanzaniya və Konqo Demokratik Respublikasında daha ağır vəziyyət yaranıb. Afrikanın tropik rayonlarının bitki aləminin üçdəbir hissəsi hazırda kökü kəsilmə təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Afrikanın ABC radioşirkəti “Science Advances” elmi jurnalında dərc edilmiş tədqiqata istinadla yayıb.

Tədqiqat müəlliflərindən biri Tomas Kuvrer deyib: “Hazırda Qərbi Afrika, Efiopiya, Tanzaniya və Konqo Demokratik Respublikasının cənub rayonlarının florası daha çox zərər çəkir. Alimlərin hesablamalarına görə, bu gün Afrikanın tropik florasının 31,7 faizinin kökü kəsilmək üzrədir. Bununla belə, Efiopiya dağlarında bu göstərici 76 faiz, Nigar çayı deltasının daxili rayonlarında 67 faiz təşkil edir

Böhranlı vəziyyət Qviney körfəzinin Seneqaldan Qabonadək uzanan sahilyanı zonasında yaranıb. Burada əhalinin sayının kəskin artması meşələrin kütləvi şəkildə qırılması ilə müşayiət olunur.

Məqalədə deyilir: “Tropik Afrika sənaye aləmi tərəfindən təzyiqin artması ilə üzləşib. Meşə tədarükü zonası genişlənir, Afrika ölkələrinin enerjiyə tələbatı artır, kənd təsərrüfatı dayanıqlı inkişaf edir və faydalı qazıntılar hasilatı genişlənir”.

Bununla belə, Mərkəzi Afrikanın az məskunlaşmış rayonlarında vəziyyət bütövlükdə yeni meşəliklərin salınması üçün əlverişlidir. Doğrudur, alimlər bildirirlər ki, onlarda Anqola və Mərkəzi Afrika Respublikası da daxil olmaqla, qitə ölkələrinin bütöv bir qrupunun florasının vəziyyəti barədə heç bir məlumat yoxdur.

Tomas Kuvrer bildirib ki, Afrikanın heyvanat aləmindən fərqli olaraq, bitki aləmi təbiət müdafiəçilərinin diqqətini bu dərəcədə cəlb etməyib. Lakin planetimizdə bütün canlıların həyatı məhz bitkilərdən, o cümlədən ağaclardan asılıdır. Biomüxtəliflik insanlara saysız-hesabsız faydalar gətirir, onun itirilməsi isə bütün bəşəriyyətin gələcəyini təhlükə altına qoyur.

“Qırmızı kitab”ın tərtibçilərinin məlumatına görə, planetimizdə mövcud olan 352 min bitki növünün yalnız 8 faizinin kökünün kəsilməsi təhlükəsi var. Tomas Kuvrer hesab edir ki, bu baxımdan daha təhlükəli vəziyyət məhz Afrikada yaranıb. Biomüxtəlifliyin itirilməsi Afrikanın ciddi sosial və siyasi problemlərin mövcud olduğu və əhalinin sürətlə artdığı tropik rayonlarında xüsusilə dramatik olacaq.

Onun sözlərinə görə, indi alimlər elə bir sistem işləyib hazırlamalıdırlar ki, onun köməyi ilə mümkün qədər çox bitkinin üzləşdiyi təhlükə dərəcəsini qiymətləndirmək mümkün olsun. Bu işdə bütün dünyanın tədqiqatçıları iştirak etməli, ən müasir rəqəmsal texnologiyalardan istifadə olunmalıdır.

Afrikanın kökü tam kəsilməkdə olan ağaclarına “krujeva ağacı” deyilən “Lagetta lagetto” başçılıq edir. Bütün dünyada vəhşi təbiətdə bu ağacdan cəmi iki nüsxə qalıb. Onların hər ikisi Hind okeanındakı Mavriki adasındadır. Alimlər son illər az sayda toxumlardan bir neçə krujeva ağacı bitiriblər ki, bu da həmin ağacın qoruyub saxlanacağına ümid yaradır.

Yaşıl Burun adalarında, Mərakeşdə və Kanar adalarında bitən “əjdaha qanı” (“Dracaena draco”) bu siyahıda ikinci yerdədir. Qatranlı şirəsi ilə məşhur olan ağacı tünd qırmızı rənginə görə “əjdaha qanı” adlandırıblar. Ağacın daha bir xüsusiyyəti bundan ibarətdir ki, o, tez alışıb yanır.

Kökü kəsilməkdə olan ağacların “Qırmızı kitabı”nda üçüncü yeri baobab (“Adansonia digitata”) ağacı tutur. Afrikada bitən bu nəhəng ağacın oduncağından qab-qacaq hazırlanmasında istifadə olunur ki, buna görə də baobabı kütləvi şəkildə qırırlar. Dalbadal dörd ildir bu ağaclar Şərqi və Cənubi Afrikanı cənginə almış quraqlığa görə tələf olur. Hazırda dünyada “Praktiki fəaliyyət” qrupu geniş fəaliyyət göstərir. Qrupun fəalları baobab toxumlarını toplayıb, onları tingliklərdə yetişdirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm