Ekologiya
23 mart Ümumdünya Meteorologiya Günüdür
Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a məlumat daxil olub.
Bildirilib ki, bu günün qeyd olunmasında əsas məqsəd hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslər, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələri, baş verə biləcək təhlükəli hidrometeorloji proseslərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir: "Hazırkı dövrdə dünya su ilə bağlı streslərdən irəli gələn daha ciddi problemlərlə, quraqlıqlarla, daşqınlarla, həmçinin təmiz suya əlçatanlığın olmaması ilə üzləşir. Su resurslarının proqnozlaşdırılmasının, monitorinqinin və idarə olunmasının təcili olaraq təkmilləşdirilməsi vacib məsələrdən biridir. Suların həddindən artıq çirklənməsi problemi ilə də bir çox ölkələr qarşılaşır. Bununla əlaqədar Ümumdünya meteorologiya günü 2020-ci ildə “İqlim və su” ümumi mövzusu ilə qeyd olunur. İlin devizi isə “Hər damlanı qoruyaq, hər damla hesabdadır” çağırışı kimi seçilib. Bu mövzu çərçivəsində əsas diqqət iqlim və su resurslarının daha əlaqələndirilmiş və davamlı idarə olunmasına yönəldilir.
Belə ki, iqlim və su bir-biri ilə qırılmaz əlaqəlidirlər. Hər biri davamllı inkişafın qlobal məqsədlərinin, iqlim dəyişmələrinin və yoxsulluq risklərinin azaldılması sahələrinin əsasında durur. Son illər ölkəmizdə əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin qaldırılması, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeorloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi, ən müasir müşahidə və proqnoz sistemlərinin tətbiqi istiqamətində geniş işlər aparılır.
Məqsəd ölkəmizdə hidrometeorologiya sahəsində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəlməsidir".
-
Ekologiya13:40Azərbaycanda bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman13:32Hara gedirsə, eşşəyi də özü ilə aparır - FOTO
-
Magazin213:20Tan Taşçının konsertində dəhşətli anlar yaşandı - VİDEO
-
Digər11:56Kömür mədənində baş verən qəzada ölənlərin sayı 80-i keçdi
-
Region11:48İrəvanı qurd basdı - VİDEO
-
Hadisə11:32Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Region10:59Məşhur partiyanın qurultayı ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
-
Ekopublika.az08:45Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video
























.jpg)












