ABŞ
ABŞ-dan İraqla bağlı mühüm addım - Sentyabrın 30-dan sonra...
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraq Silahlı Qüvvələrinin bütün hərbi bazalarını İraq hakimiyyətinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidmətinin rəhbəri Səd Maan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Beynəlxalq koalisiya bütün hərbi bazaları və qərargahları İraq hakimiyyətinə təhvil verib”, – deyə o bildirib.
Maanın sözlərinə görə, sentyabrın 30-dan sonra İraqda koalisiyanın heç bir döyüş və ya təlim qüvvəsi qalmayacaq.
O, həmçinin bildirib ki, koalisiya qüvvələrinin ölkədən çıxarılmasından sonra İraq ordusu bütün ölkənin təhlükəsizliyini təmin etməyə hazırdır. Bununla yanaşı, Maan koalisiyaya üzv ölkələrlə münasibətlərin ikitərəfli əsasda qurulacağını qeyd edib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə mübarizə aparmaq məqsədilə beynəlxalq antiterror koalisiyasının yaradılmasına təşəbbüs göstərib. Həmin ilin avqustundan etibarən koalisiya İraq və Suriyada cihadçılara qarşı “Sarsılmaz qətiyyət” əməliyyatına başlayıb. Koalisiyaya 60 ölkə qoşulub. Onun fəaliyyəti BMT Təhlükəsizlik Şurasının birbaşa mandatı olmadan həyata keçirilib.
.
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı


































