Dünya
Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
Türkiyəli iş adamı Turhan Mildon və ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Alina Habbanın toy mərasimi baş utub.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, 42 yaşlı Habba ilə 29 yaşlı Turhanın toyu Nyu-Yorkun məşhur “Waldorf Astoria” hotelində keçirilib.
Məlumata görə, mərasim üçün zalın icarəsi, musiqi və çiçək dekorasiyasına ən azı 1 milyon dollar xərclənib.
Bu məbləğə qonaq otaqlarının və ya otelin digər məkanlarının icarə haqqı daxil deyil.
Toyun ümumi dəyərinin təxminən 10 milyon dollar olduğu bildirlir. Tədbirin tərtibatında dünyanın müxtəlif yerlərindən gətirilmiş təxminən 900 000 ədəd təzə çiçəkdən istifadə olunub.
Toyda 30 nəfərlik orkestr çıxış edib, cütlüyün ilk rəqsi zamanı isə "Hier Encore" mahnısını ifa etmək üçün Fransadan xüsusi olaraq müğənni dəvət olunub.
Qonaqlar həmçinin dəbdəbəli qastronomik təcrübədən zövq alıblar: şam yeməyinin ilk təamı kimi hər bir qonağa fərdi qabda kürü təqdim olunub.
Toyda bir sıra tanınmış simalar iştirak etsə də, Donald Tramp mərasimə qatılmayıb. Qonaqlar arasında Trampın kommunikasiya üzrə müşaviri Marqo Martin, FTB direktoru Keş Patel, ABŞ-ın ədliyyə naziri Todd Blanş və məşhur boksçu Mayk Tayson da olub.
Mildon daha əvvəl Habba ilə ABŞ-da çalışan ortaq səfir dostları vasitəsilə tanış olduqlarını açıqlayıb. O, evliliklərinin heç bir siyasi məqsəd daşımadığını bildirib.
Müəllif: Roza
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər












.jpg)






















.jpg)
.jpg)