ABŞ
İranın yaydığı bu məlumat təkzib edildi
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-a məxsus sualtı pilotsuz aparatın Hörmüz boğazında ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.
Publika.az xəbər verir ki, CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins bunu Qətərin “Al Jazeera” telekanalına bildirib.
“Biz hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarımız üzərində etibarlı nəzarətə malikik”, - o söyləyib.
Hokins İran tərəfinin iddialarını “açıq-aşkar ümidsizlik təzahürü” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı casusluq fəaliyyəti ilə məşğul olduğu ABŞ-ın "Remus 6002 muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini iddia etmişdi.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































