Ekologiya
Kəskin hava ilə bağlı DAHA BİR XƏBƏRDARLIQ: intensiv qar yağacaq, yollar buz bağlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişdiyi bildirilib.
Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 1-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək. Dekabrın 1-i axşamdan 2-si səhərədək yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu dekabrın 02-də tədricən 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Külək noyabrın 30-u gündüzdən dekabrın 2-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 2-si gündüz külək mülayimləşəcək.
Yağıntı dekabrın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 2-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu 2-də tədricən 5-8° aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN

















.jpg)





















