Ekologiya
Paytaxt havasında dəm qazının miqdarı artdı

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Telegram" kanalına istinadla xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1,5, kükürd qazı 1,1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1,2 dəfə yüksək müəyyən edilib.
Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...
-
Nida Xəbər 18:30
Xankəndidəki ilk erməni sakinə tibbi xidmət göstərildi - VİDEO