Ekologiya
Bu gün 38 dərəcə isti olacaq - PROQNOZ
Avqustun 30-da Azərbaycanda 38 dərəcə isti gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
-
Hadisə20:36Novxanıda hotel yanır - VİDEO
-
MDB20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO
-
Nida Xəbər 19:50Şamaxıda günəş belə qürub edir... - FOTO
-
Elm və təhsil17:35Günəşdə güclü aktivlik: Eyni anda 3 üç güclü partlayış qeydə alındı
-
Rəsmi xronika15:59İlham Əliyev Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı
-
Dünya15:21Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
-
Magazin213:42İlon Maskın keçmiş sevgilisi "açdı sandığı, tökdü pambığı" - Hamilə qalandan sonra...























.jpg)







.jpg)



