Ekologiya
İki asteroid Yerə yaxınlaşır - Xəbərdarlıq
Diametri təxminən 20 metr olan, ölçülərinə görə məşhur Çelyabinsk meteoritini xatırladan iki asteroid mayın 18-i və 19-da Yerə rekord dərəcədə yaxın məsafədən keçəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Söhbət 2026 KB və 2026 JH2 adlı asteroidlərdən gedir. Bildirilir ki, hər iki səma cismi Yer üçün təhlükə yaratmır. Maraqlıdır ki, asteroidlər cəmi bir neçə gün əvvəl aşkarlanıb. 2026 JH2 mayın 10-da, 2026 KB isə mayın 13-də qeydə alınıb.
Alimlərin sözlərinə görə, bu cür gec aşkarlanma kosmosda iri obyektlərin Yerə yaxın ərazidə qəfil meydana çıxa bilməsini bir daha göstərir.
2026 KB asteroidi bu gün - mayın 18-də Bakı vaxtı ilə saat 19:15-də Yerə ən yaxın nöqtədən keçəcək. Onun planetimizə məsafəsi təxminən 230 min kilometr olacaq.
Daha böyük hesab olunan 2026 JH2 isə Yerə daha da yaxınlaşacaq. Asteroidin planetimizdən cəmi 91 min kilometr məsafədən keçəcəyi bildirilir. Maksimum yaxınlaşmanın mayın 19-da saat 02:00-da baş verəcəyi gözlənilir.
Laboratoriyadan bildirilib ki, bu, rekord yaxınlaşma sayılmasa da, 2026-cı ildə bu ölçüdə asteroid üçün ən yaxın keçidlərdən biri ola bilər.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam















.webp)


















.jpg)
