Nida Xəbər
"İqlim dəyişikliyi kompleks və çoxşaxəli çağırışa çevrilib"
Türkiyə Bakı Davamlılıq Koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.
Nazir müavininin sözlərinə görə, iqlim dəyişikliyi artıq çoxdan yalnız ekoloji məsələ olmaqdan çıxaraq kompleks və çoxşaxəli çağırışa çevrilib. Bu problem şəhər ərazilərinin təhlükəsizliyinə, infrastruktur sistemlərinin dayanıqlığına, eləcə də ərzaq və su təhlükəsizliyinin təminatına birbaşa təsir göstərir.
"Türkiyə Bakı Davamlılıq Koalisiyasını Bakıdakı COP29, WUF13 və Antalyada keçiriləcək COP31 arasında strateji əlaqələndirici xətt kimi qəbul edir. Koalisiya daimi fəaliyyət göstərən dialoq platformasına çevrilməli və niyyət bəyannamələrinin praktik layihələrə və konkret maliyyə mexanizmlərinə çevrilməsinə dəstək olmalıdır", - nazir müavini vurğulayıb.
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı






.png)

















.png)












.jpg)