Ekologiya
"Xəzər dənizi region üçün həyati əhəmiyyətli bir sərvətdir" - Nigar Arpadarai
"Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir".
Publika.az xəbər verir ki, bu sözləri BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib:
"Xəzər dənizi Azərbaycan və region üçün həyati əhəmiyyətli bir sərvətdir. Çünki sahilyanı dövlətlərin ən böyük təbii ehtiyatıdır, biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat qovşağıdır, bir sıra beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir. Digər tərəfdən, Xəzər dənizi ətraf ölkələr üçün biomüxtəliflik mənbəyi, bu dövlətlərin iqlim sistemləri və ekosisteminin çox vacib hissəsidir.
COP29 kontekstində qlobal, regional və milli gündəmlər var. Xəzər dənizi ətrafındakı ölkələrin birləşməsi, ümumi baxış və iqlim gündəliyinin müəyyənləşdirilməsi üçün fürsət var. Əgər hər şeyi düzgün etsək, təkcə iqlimə və ətraf mühitə deyil, həm də iqtisadiyyata müsbət təsir göstərəcəyik".
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video













.jpg)












.jpg)






.jpg)


